Avqustun 19-da "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “Bank Standard”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 17 ünvanında yerləşən 56,96 kv.m-lik 1 saylı mənzildən, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 15 ünvanında yerləşən 73,4 kv.m-lik 21 saylı mənzildən və eyni ünvanda yerləşən 54,90 kv.m-lik 22 saylı mənzildən gedir.
Əmlaklara müvafiq olaraq 227,8 min manat, 293,6 min manat və 219,6 min manat qiymət qoyulub.
