Bu il Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı artıb.

Bu barədə İndex.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 % artıb.

İlin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.