"Bakı Sığorta" 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, "Bakı Sığorta"nın aktivləri 2023-cü il ərzində azalıb.

Belə ki, "Bakı Sığorta"nın aktivləri 2023-cü ilin əvvəlinə nəzərən 482 min manat azalaraq 12.244 milyon manata enib.

Qeyd edək ki, ötən ilin əvvəlində şirkətin aktivləri 12.726 milyon manat təşkil edib.

2023-cü il ərzində "Bakı Sığorta"nın sığorta haqları 4.924 milyon manat olub.

Ötən ilin əvvəlində şirkətin sığorta haqlarının 6.344 milyon manat olduğunu nəzərə alsaq, 1.420 milyon manat azalmanın olduğunu görərik.

2023-cü ildə "Bakı Sığorta"nın sığorta ödənişləri 495 min manat azalaraq 2.986 milyon manata enib.

Hesabat dövrünün əvvəlində bu göstərici 2.491 milyon manat olub.

2023-cü il ərzində "Bakı Sığorta"nın cəmi kapital 556 min manat artaraq 7.956 milyon manatdan 8.512 milyon manata çatıb.

Şirkətin nizamnamə kapitalı hesabat dövrü ərzində dəyişməyərək 8.925 milyon manat olub.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).