Bu gün saat 08:20 radələrindı Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Baş DYP İdarəsindən İndex.az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobillərdə yanğın başlaıb.
Hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildi. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.
Hadisə barədə ətraflı məlumat veriləcək.
[video width="640" height="352" mp4="https://index.az/wp-content/uploads/2023/01/VID-20230103-WA0000.mp4"][/video]
