Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı iyun ayının 6-dan etibarən Azneft dairəsi bağlanacaq.
İndex.az xəbər verir ki, bu müddət ərzində sürücülər alternativ yollardan istifadə edə biləcəklər.
Qeyd edək ki, yarış ilə bağlı tamamlanma işləri yekunlaşıb. Ərazidə tamaşaçılar üçün 9 tribuna quraşdırılıb ki, onlardan ən irisi "Abşeron" adlanır.
"Formula 1" Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.
Mövzu ilə bağlı "Xəzər Xəbər"in videomaterialını təqdim edirik:
[embed]https://www.youtube.com/watch?v=T-KGLQ3T8sU&ab_channel=X%C9%99z%C9%99rX%C9%99b%C9%99r[/embed]
