Avqustun 3-dən etibarən “Azimut” aviaşirkəti Moskvadan (“Vnukovo”) Gəncəyə (Azərbaycan) və geri istiqamətdə uçuşlara başlayır.
İndex.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti bildirir.
Reyslər həftənin çərşənbə və bazar günləri yerinə ytiriləcək – “Vnukovo”dan uçuş saat 11:40-da, Gəncəyə eniş saat 16:30-da olacaq. Gəncədən uçuş saat 17:50-də, “Vnukovo”da eniş saat 20:40-da olacaq. Hər aeroport üçün yerli vaxt qeyd edilib.
Xəbər verildiyi kimi, mayın 30-dan “Azimut” aviaşirkəti Həştərxan-Bakı və geri istiqamətində reyslərə başlayıb.
Mənbə - İnterfaks-Azərbaycan
