“Azərişıq” ASC Xankəndidə yeni yarımstansiya inşa edəcək.

Bu barədə İndex.az Dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir.

Məlumata görə, Xankəndi şəhəri ərazisində yerləşən mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə yeni yarımstansiyanın tikintisi və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi üzrə tender elan edilib.

Tenderin ümumi dəyəri 5 milyon 598 min 280,69 manatdır.