Sabah, avqust ayının 24-də saat 15:00-da “Azəriqaz” İstehsalat Birliyinin məsul şəxslərinin “Facebook” səhifəsi üzərindən canlı yayımı planlaşdırılır.

Bu barədə İndex.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, canlı yayım zamanı Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək, həmçinin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov abonentlərin müraciətlərini cavablandıracaqlar.