“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində bu dəfə “Səyyar qəbul otağ”ı Quba rayonu, Xanagahyolu kəndində təşkil olunacaq.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki,  iyunun 24-də saat 11:00-dan 12:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.