SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
İndex.az "Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xızı rayonunda görüşü təşkil olunacaq.
Aksiya Xızı şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” aprel ayının 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
