Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin həcmi 8% təşkil edib.
İndex.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
O qeyd edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon kubmetr və ya 2,5% azdır.
Baş direktorun satış üzrə müavini vurğulayıb ki, o, cümlədən iyul ayı ərzində qaz itkisinin həcmi 4,5% təşkil edir: “Bu, keçən ilin müvafiq ayı ilə müqayisədə 0,8% , həcmlə isə 1,7 milyon kubmetr azalma olub".
