Bu ilin ikinci rübündə Azərbaycanda ölkə üzrə təbii qazın istehlakı 2 milyard 418 milyon 158 min kubmetr təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2025-ci ilin 2-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 684 min kubmetr və ya 6 % artıb.
Qeyd edək ki, 2024-cü ilin ikinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 2 milyard 281 milyon 474 min kubmetr təşkil edib
