İstehlaka yararsız 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulları məhv edilib.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

“AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, agentlik əməkdaşları tərəfindən 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

 

Mənbə - Oxu.az