Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 78 min 156,41 ton kartof ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizin xaricə ixrac etdiyi kartofun ümumi dəyəri 35 milyon 059,15 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımdan 14.87%, dəyər baxımından isə 12.02% azdır.

Azərbaycanın kartof ixracı 2022-ci ilin ilk 7 ayının ixracına nisbətən 0,16, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 2,08 % təşkil edib.

Bununla da ölkədən xaricə ixrac edilən bir ton kartofun orta satış qiyməti 448 dollar, hər kiloqramı isə ortalama 0,45 dollara başa gəlib.

Bir sözlə, Azərbaycanın xarici ölkələrə satdığı bir kiloqram kartofun orta satış qiyməti 77 qəpik təşkil edib.

Mİrəli Qasımov