Ölkəmizdə son vaxtlar digər ərzaq məhsulları kimi, ətin qiymətində də bahalaşma müşahidə olunur.

İndex.az xəbər verir ki, hazırda mal əti sümüklü satlıdığı halda 1 kiloqramının qiyməti 10 manat 69 qəpikdən başlayır. Sümüksüz mal ətinin 1 kiloqramı isə 15 manat 49 qəpiyə kimi çatır. Hətta bəzi yerlərdə mal ətinin antrikotunun 1 kiloqramı 18 manata 99 qəikdir. Quzu ətinin 1 kiloqramı sümüklü satıldığı halda 13 manat 90 qəpiyə satılır. Sümüksüz halda quzu ətinin 1 kiloqramı 15 manat 49 qəpikdir.

Bəs xaricdən idxal olunan ətin 1 kiloqramı Azərbaycana neçəyə başa gəlir? İndex.az bunu araşdırmağa çalışıb.

Belə ki, 2022-ci ilin yanvar-iyul aylar ərzində xaricdən Azərbaycana 23 min 557 ton ət idxal edilib.

Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən bildirək ki, bu ilin 7 ayında ölkəmizin xaricdən idxal etdiyi ətin dəyəri 39 milyon 798,58 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 6,4 %, dəyər baxımından isə 4,9% çoxdur.

Azərbaycanın ət idxalı 2022-ci ilin ilk 7 ayının idxalına nisbətən 0,53%, təşkil edib.

Bununla da bu ilin 7 ayında ətin 1 tonunun orta alış qiyməti 1 689 dollar, 1 kiloqramı isə ortalama 1,69 dollara başa gəlib.

Bir sözlə, Azərbaycanın xarici ölkələrdən aldığı bir kiloqram ətin orta alış qiyməti 2 manat 87 qəpik təşkil edib.

Mirəli Qasımov - İndex.az