"Azərbaycan Sənaye Sığorta" 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, "Azərbaycan Sənaye Sığorta"nın aktivləri 2023-cü il ərzində artıb.
Belə ki, "Azərbaycan Sənaye Sığorta"nın aktivləri 2023-cü ilin əvvəlinə nəzərən 14.646 milyon manat artaraq 27.166 milyon manata yüksəlib.
Qeyd edək ki, ötən ilin əvvəlində şirkətin aktivləri 12.520 milyon manat təşkil edib.
2023-cü il ərzində "Azərbaycan Sənaye Sığorta"nın sığorta haqqları 19.928 milyon manat olub.
Ötən ilin əvvəlində şirkətin sığorta haqlarının 14.464 milyon manat olduğunu nəzərə alsaq, 5.464 milyon manat artımın olduğunu görərik.
2023-cü ildə "Azərbaycan Sənaye Sığorta"nın sığorta ödənişləri 27.382 milyon manat artaraq 32.275 milyon manata yüksəlib.
Hesabat dövrünün əvvəlində bu göstərici 4.893 milyon manat olub.
2023-cü il ərzində "Azərbaycan Sənaye Sığorta"nın cəmi kapital 3.586 milyon manat artaraq 8.532 milyon manatdan 12.118 milyon manata çatıb.
Şirkətin nizamnamə kapitalı hesabat dövrü ərzində dəyişməyərək 11 milyon manat olub.
Xatırladaq ki, "Azərbaycan Sənaye Sığorta"nın 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95% “Anadolu Investment Company”MMC-yə, 5%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.
