Azərbaycan Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranzit həcmini ildə 2,2 milyon tona qədər artırmağa hazırdır.
İndex.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov rəhbərlik etdiyi qurumun kollegiya iclasında bəyan edib.
Onun sözlərinə görə, alternativ marşrutların inkişafı çərçivəsində ildə 1,2 milyon ton Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli davam etdirilir.
"Bununla yanaşı, Azərbaycan tərəfi neftin qəbul həcmini ildə 2,2 milyon tona qədər artırmağa hazır olduğunu bildirib", - Y.Akkenjenov qeyd edib.
