2022-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” tərəfindən dünyanın 35 ölkəsinə 15,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib. 2022-ci ilin iyul ayında isə “Azərkosmos” dünyanın 30 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan peyk telekommunikasiya və optik peyk xidmətlərinin əsas alıcıları 3,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Fransa, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ və 0,8 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
