Bakı-Qroznı J2-8243 nömrəli reysini həyata keçirən Azerbaijan Airlines aviaşirkətinin Embraer 190 təyyarəsi Aktau şəhərindən 3 km məsafədə məcburi eniş edib.
İndex.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 12 nəfər sağ qalıb.
Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
