Bu ilin yanvar-aprel aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 5,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında qeyd edilir.

Bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 3,3 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında AZAL-ın ixrac gəlirləri 2,5 milyon ABŞ dolları təşkil edir.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.