Avrozonada işgüzar aktivlik fevral ayında cüzi artıb.
İndex.az xəbər verir ki, "S&P Global" tərəfindən hesablanan Avrozona Kompozit Satınalma Menecerləri İndeksi (PMI) fevral ayında 50,2 səviyyəsində olub.
Bu göstərici artımı azalmadan ayıran 50 həddindən bir qədər yuxarıdadır.
Qeyd edək ki, analitiklər indeksin 50,5-ə çatacağını gözləyirdilər.
