Avropa Statistika İdarəsi (Eurostat) "Avrozona"nın mart ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, "Eurostat"ın yaydığı məlumatlara görə, fevral ayında "Avrozona"da 2,6% olan illik inflyasiya mart ayında 2,4% olub.

Bazar gözləntiləri "Avrozona"da illik inflyasiyanın 2,5% olacağı idi.

"Avrozona"da baza inflyasiyası mart ayında illik 2,9%, aylıq isə 0,9% səviyyəsində ölçülüb.

Avropa İttifaqınlb inflyasiya məlumatlara görə, mart ayında inflyasiya Almaniyada 2,3%, Fransada 2,4%, İtaliyada 1,3%, İspaniyada isə 3,2% olaraq təyin olunub.