Avropada təbii qazın qiyməti 2%-dən çox artaraq hər 1 000 kubmetr üçün 2 400 ABŞ dollarını keçib.
İndex.az bu barədə Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Məlumata görə, Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 2,3% artaraq 2 427 ABŞ dolları təşkil edib.
