Avropada təbii qazın birja qiymətləri, təxminən, 6% ucuzlaşıb.

İndex.az xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir.

Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə avqust fyuçersləri ticarət əməliyyatlarına 1 000 kubmetr üçün 1 580 ABŞ dolları səviyyəsində başlayıb. Bu isə dünən qeydə alınmış qiymətlə (1 635,2 ABŞ dolları) isə müqayisədə 3,3% aşağıdır. Amma daha sonra “mavi yacağ”ın qiyməti ötən günlə müqayisədə 6,5% düşərək 1 529,3 ABŞ dollara çatıb.