Yanvar ayı üçün Avropa İttifaqı (Aİ) və “Avro Bölgəsi” üzrə pərakəndə satış məlumatları açıqlanıb.

İndex.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlara görə, yanvarda “Avro Bölgəsində” pərakəndə satışlar əvvəlki ayla müqayisədə 0,3% artsa da, proqnozlara uyğun gəlmir.

Belə ki, “Avro Bölgəsi”ndə pərakəndə satışlar yanvar ayında dekabr ayına görə 0,3% artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azalaraq gözləntilərin gerisində qalıb.

Qeyd edək ki, yanvar ayında pərakəndə satışların 1% artacağı və illik 1,8% azalması gözlənilirdi.