“Avro Bölgəsi”ndə “Ümumi İnvestor Güvən İndeksi” azalmaqda davam edir.

İndex.az xəbər verir ki, fevral ayında - 8 bal olan “Avro Bölgəsi”nin “Ümumi İnvestor Güvən İndeksi” bu ay 3,1 bənd azalaraq - 11,1 olub.

2022-ci ilin oktyabr ayından bəri ilk dəfə enən indeks üçün gözlənti, bərpanın davam edəcəyi və mənfi 6.3-ə yüksələcəyi idi.

İnvestorların gələcək 6 ay üçün gözləntilərini ölçən “Gözləntilər İndeksi” isə  - 6 bənddən mənfi 13 bəndə enib.

“Cari Vəziyyət İndeksi” isə - 10-dan - 9.3-ə yüksəlib ki, bu da 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyədir.

İnvestorların etimadı sorğusu 2-4 mart tarixlərində 1309 investorun iştirakı ilə keçirilib.

Digər tərəfdən, “Avro Bölgəsi”nin ən böyük iqtisadiyyatı olan Almaniya üçün “Sentix İnvestor Güvən İndeksi” mart ayında 2,8 bənd azalaraq mənfi 9,6 bənd olub. Qeyd edək ki, indeks 4 ay dalbadal yüksələndən sonra aşağı düşüb.

Almaniyada “Mövcud Vəziyyət İndeksi" isə mənfi 8,8-dən mənfi 7,5-ə yüksəlib.