İndex.az Azərbaycanın ən kiçik banklarından olan «Bank Avrasiya»nın gəlir mənbələrini təqdim edir.
20220-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Bank Avrasiya»nın 7 milyon 329 min manat təşkil edib. Bunun böyük hissəsi - 5 milyon 094 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub.
Ümumiyyətlə, «Bank Avrasiya»nın gəlirlərinin 81%-i faiz, yalnız 18%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlirdə payı |
| Kredit portfeli üzrə faiz gəliri | 5 094 | 70% |
| QK-a investisiyadan gəlir | 505 | 7% |
| Digər banklara depozitlərdən gəlirlər | - | - |
| Digər banklara kreditlərdən gəlirlər | 250 | 3% |
| Komissiya haqları | 880 | 12% |
| Valyuta əməliyyatlarından gəlirlər | 425 | 6% |
| Digər faiz gəlirləri | 107 | 1% |
| Digər qeyri-faiz gəlirləri | 70 | 1% |
| CƏMİ GƏLİRLƏR | 7 329 | 100% |
Mənbə - FED.az
