Asiyada və Sakit okeandakı səhmlər FED-in iclası və bölgə ilə bağlı açıqlanması gözlənilən iqtisadi məlumatların sayəsində yüksəldi.

İndex.az xəbər verir ki, Avstraliyada "S&P/ASX 200"-ün səhmləri 0,71% bahalaşıb. Yaponiyanın fabrik fəaliyyətləri yanvar ayı da daxil olmaqla ardıcıl üçüncü ay sıxıntıda olsa da, Yaponiyada "Nikkei 225"in səhmləri 0,8%, "Topix"in səhimləri isə 0,7% artıb.

Cənubi Koreyanın ixracı yanvar ayında 16,6% azalsa da, "Kospi"nin səhmləri 0,74%, "Kosdaq"ın səhimləri isə 0,78% artıb.

Honqkonqun "Hang Seng" indeksi erkən ticarətdə 0,47% artım göstərərkən, Çinin "Shanghai Composite" indeksi 0,34%, "Shenzhen" komponenti isə 0,73% bahalaşıb.