Asiya-Sakit Okean fond bazarları “Avstraliya Ehtiyat Bankı”nın (RBA) uçot dərəcəsi ilə bağlı qərarı və region üzrə açıqlanan bir sıra iqtisadi məlumatlardan sonra yüksəlişə keçib.
İndex.az xəbər verir ki, RBA-nın uçot dərəcəsini 25 baza bənd artıraraq 3,6%-ə çatdırması ilə Avstraliyada “S&P/ASX 200” 0,11% ucuzlaşıb.
Yaponiyada “Nikkei 225” 0,52%, “Topix” isə 0,43% bahalaşıb.
Cənubi Koreyanın “Kospi” indeksi 0,11%, “Kosdaq” indeksi isə 0,18” ucuzlaşıb.
Honkonqun “Hang Seng” indeksi 0,11% bahalaşıb.
Çində “Şenzen Birləşməsi” 0,22% azalıb.
Rəsmi məlumatlara görə, fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 8,6% artdığından Filippində inflyasiyada azalma qeyd olunub.
Çinin gün ərzində digər ticarət məlumatlarını, Taylandın isə inflyasiya məlumatlarını açıqlaması gözlənilir.
