Asiya-Sakit Okean regionunda səhmlər cümə günü yenidən ucuzlaşıb.

İndex.az xəbər verir ki, FED-in faiz artımının istiqamətini müəyyən edə biləcək fevral ayı üçün ABŞ-dan gələn əməkhaqqı hesabatını investorların yaxından izləməsi bazarda qiymətlərə təsirsiz ötüşməyib.

Beləki, Honkonqun “Hang Seng” indeksi 2,5% azalaraq regiondakı itkilərə liderlik edir.

Çində “Şenzen Komponenti” 1%, “Şanxay Komponenti” isə 0,7% azalıb.

Avstraliyada “S&P/ASX 200” 1,8% ucuzlaşıb.

Cənubi Koreyanın “Kospi” indeksi 1,12%, “Kosdaq” indeksi isə 2% ucuzlaşıb.

Yaponiyada “Nikkei 225” 1,2%, “Topix” isə 1,3% dəyər itirib.

BOJ-nin faiz iclasından sonra verilən açıqlamada, göstərici faiz dərəcəsinin -0,10 faiz olaraq saxlanmasına qərar verildiyi bildirilib. Qeyd edək ki, bazar gözləntisi faiz dərəcələrinin dəyişməyəcəyi idi.