Asiya mərkəzi bankları valyuta ehtiyatı toplamağda davam edir.
İndex.az xəbər verir ki, FED-in faiz dərəcələrini artırmağa davam edəcəyi və ABŞ dollarının möhkəmlənəcəyi ilə bağlı narahatlıqlar fonunda Asiyanın aparıcı mərkəzi bankları noyabr ayından bu yana 132 milyard dollar valyuta ehtiyatı toplayıb. Hindistan Mərkəzi Bankı isə bu addıma rəhbərlik edir.
"Bloomberg"in hesablamalarına görə, Hindistan, Cənubi Koreya, Tayvan və digər Cənub-Şərqi Asiya ölkələri, öz valyutalarını ABŞ dollarına qarşı qorumaq üçün noyabr ayından bu yana 132 milyard dollar valyuta ehtiyatı toplayıblar. Bu, Asiya mərkəzi banklarının keçən il itirdiyi ehtiyatların yarısından çoxdur.
2022-ci ilin oktyabr ayının sonu ilə 2023-cü ilin fevral ayları arasında Hindistan MB-nın valyuta ehtiyatları 44 milyard dollar artaraq 575 milyard dollara, Tayvanın valyuta ehtiyatları 14 milyard dollar artaraq 557 milyard dollara, Cənubi Koreyanın ehtiyatları 16 milyard dollar artaraq 430 milyard dollara, İndoneziyanın valyuta ehtiyatları 14 milyard dollar artaraq 557 milyard dollara çatıb.
