Texnoloji səhmlərin "Nasdaq" birjasını rekord səviyyəyə yüksəltməsindən sonra Asiya fond bazarları ucuzlaşıb.

İndex.az xəbər verir ki, Cənubi Koreyanın "Kospi" birjası 0,34%, "Kosdaq" birjası isə 0,15% dəyər itirib.

Avstraliyada investorların mərkəzi bankın may ayı iclasının protokollarını dəyərləndirməsi nəticəsində RBA-nın yüksək inflyasiya riskləri səbəbindən uçot dərəcələrini artırmağı nəzərdən keçirdiyini üzə çıxarması "S&P/ASX 200" birjasının 0,17% ucuzlaşmasına səbəb olub.

Honkonqun "Hang Seng" birjası 0,86%, Çinin CSI300 birjası isə 0,24% azalıb.

Yaponiya səhmləri isə əksinə olaraq yüksəlib.

Belə ki, "Nikkei 225" birjası 0,29% , "Topix" birjası isə 0,21% bahalaşıb.

Bununla yanaşı, "Nvidia"nın səhmləri də, 2% artıb.

Bir çox "Wall Street" firması da mənfəət hesabatı ərəfəsində "AI Darling" üzrə qiymət hədəflərini artıraraq, səhmlərin 30% bahalaşacağını irəli sürüb.

Asiyadakı investorlar "Nvidia"nın bahalşmasının Tayvandakı TSMC və "Foxconn", eləcə də Cənubi Koreyada "Samsung Electronics" və "SK Hynix" kimi şirkətlərə müsbət təsir edəcəyini göləyirlər.