Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) bu il üçün 6 regional “ASAN xidmət” mərkəzlərində təmizlik xidmətlərinin satın alır.
İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, qurum 2026-cı il üçün 1 saylı Gəncə, 2 saylı Gəncə, 3 saylı Bakı, 4 saylı Bakı, 5 saylı Bakı və Tovuz regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması ilə bağlı tender elan edib.
Artıq tenderin qalibi də məlumdur. Bu, "Təmizliyin İncisi” MMC-dir. “ASAN Xidmət” bunun üçün bu şirkətə 1 milyon 370 min 116,71 manat ödəyəcək.
