Məşhur parol meneceri "1Password" bu yaydan başlayaraq parolların istifadəsini dayandırır.
İndex.az xəbər verir ki, biometrik əsaslı keçid açarları ilə istifadəçilər hesab yarada və daxil ola biləcəklər.
Keçid açarları açıq standartlar üzərində qurulub. İstifadəsi daha asan, oğurlanması və ya sındırılması isə daha çətindir.
"Apple", "Google" və "Microsoft" kimi şirkətlər artıq keçid açarının inteqrasiyasını elan ediblər.
"1Password"un parol olmadan açılması yeni bir şey deyil. Artıq biometrikaya əsaslanan alətlərlə (FaceID, Windows Hello, Android Barmaq izi) tətbiqə daxil olmaq mümkündür. Lakin onlar əslində parolu əvəz etmir, sadəcə maskalayırlar. Keçid açarı isə unikal biometrik məlumatlarınızdan istifadə edir və tamamilə parolsuz istifadəyə imkan yaradır. Parol idarəetmə proqramı olan "1Password"dan parol olmadan istifadə etmək qəribə görünsə də, əslində ən etibarlı yoldur.
