Dünyada inflyasiyanın xroniki hal aldığı ölkələrdən biri olan Argentinada inflyasiya kritik yüksəliş həddini aşaraq üçrəqəmli səviyyələrə çatıb.
İndex.az xəbər verir ki, Argentinada illik inflyasiya keçən ay 100%-i ötüb.
Fevral ayında əvvəlki ilə nisbətən istehlak qiymətləri 102,5% artıb.
Beləliklə, ölkədə inflyasiya 3 min faizlik hiperinflyasiya dövründən bəri ən yüksək həddə çatıb.
Çərşənbə axşamı açıqlanan məlumatlara görə, qiymətlər aylıq bazda 6,6% artıb.
“Bloomberg” analitiklərinin orta gözləntiləri isə 6% idi.
Argentinanın İstehlak Qiymətləri İndeksinin ən böyük kateqoriyası olan ərzaq qiymətləri əvvəlki ayla müqayisədə təxminən 10% artaraq başlıq inflyasiyanın artmasına təkan verib.
Argentinanın milli qürurunun əsasını təşkil edən mal ətinin qiyməti keçən ay Buenos-Ayresdə 35% bahalaşıb.
