Bu gün saat 14:00-da Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Dünya Çempionatını C qrupunun açılış oyununda qələbə kimin olacaq? Cavabı bizim proqnozdadır.

ARGENTINA

Argentina millisi Braziliya ilə birlikdə, DÇ-na birbaşa vəsiqə qazanacaq əsas namizədlərdən biri idi. Lionel Skaloninin komandası seçmə mərhələni heç bir çətinlik çəkmədən 39 xalla lider başa vurdu. Ən yaxın izləyicisi olan Braziliyadan 6 xal çox toplamağı bacardı.

Argentina millisi Dünya Çempionatına vəsiqə əldə etdikdən sonra Avropa çempionatının qalibi ilə “Finalissima” adlı yeni təşkil edilən turnirdə qarşılaşdı. İtaliya ilə qarılaşmada argentinalılar 3:0 hesablı qələbə qazanaraq bu turnirin ilk kubokuna sahib çıxdılar. Dünya Çempionatı başlamazdan əvvəl yoldaşlıq görüşündə Argentina millisi Birləşmiş Ərəb Əmirliklərini 5:0 hesabı ilə məğlub edib.

SƏUDİYYƏ ƏRƏBİSTANI

Səudiyyə Ərəbistanı millisi ardıcıl 2-ci dəfə Dünya Çempionatına çıxıb ki, bu da ümumilikdə artıq böyük uğurdur. Seçmə mərhələdə Herve Renardın komandası Yaponiya, Avstraliya, Oman, Çin və Vyetnamla eyni qrupda yer alıb. Yaponların ilk sıra üçün favorit hesab edilməsinə baxmayaraq, ərəbistanlılar rəqiblərindən güclü oldular.

23 xal toplayan Səudiyyə Ərəbistanı Yaponiyanı 1 xal, 3-cü Avstraliyanı isə 8 xal qabaqlayaraq qrup lideri olub və bununla da Qətərdə keçiriləcək DÇ-na birbaşa vəsiqə qazanıb. Dünya Kuboku başlamazdan əvvəl ərəblər 3 yoldaşlıq oyunu keçiriblər və bu görüşlərdə İslandiya üzərində 1:0 hesablı qələbə qazanıb, Xorvatiyaya eyni hesabla uduzublar. Panama ilə qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

PROQNOZ

Argentina millisi qrupa Səudiyyə Ərəbistanı matçla ilə başlayacaq və bu oyunda təbii ki, 3 xalı almağa çalışacaq. Argentinalılar üçün qələbə olduqca asan görünür. Çünki rəqiblər arasında heyət fərqi çox böyükdür. Latın Amerikası təmsilçisindən məğlubiyyət gözləməyə dəyməz. Çox güman ki, bu görüşdə argentinalılar çox güc sərf etmədən 3 xalı almağa çalışacaqlar.

Bizim ilk proqnozumuz oyunda 3 qoldan artıq qolun olmayacağıdır - 3.5 ALT (1.77)

Argentina, şübhəsiz ki, bu görüşün və bütövlükdə qrupun favoritidir. Argentinalılar bu görüşdə heç bir problem yaşamamalıdırlar. Onlar üçün ən gərgin matçlar hələ qarşıdadır. Bu səbəbdən argentinalıların rahat oyunyaraq 2 top fərqi ilə qələbəyə tam qane olacaqlarını düşünmək məntiqlidir.

İkinci mərcimiz Argentinanın 2 top fərqi ilə qələbəsi olacaq - 3.78

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:0 – 4.90

Argentina hər iki hissədə qol vuracaq - 1.82

Səudiyyə Ərəbistanı qol vurmayacaq – 1.50