Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 01 iyul 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlanıb.

İndex.az bu barədə Fonda istinadən xəbər verir.

2022-ci ilin ilk yarısında 4 mlrd. 871 mln. ABŞ dolları həcmində gəlir əldə edilib. Bu da ilik müqayisədə 2 dəfə artımdır.

Hesabat müddəti ərzində Şahdəniz yatağından 633.256 mln. ABŞ dolları qaz və kondensatından gəlir daxil olub. Bu da illik müqayisədə 3 dəfə çoxdur. Ötən ilin müvafiq dövründə onun gəlirləri cəmi 70.98 mln. dollar idi.