Təbii ki, istifadəçiləri ən çox maraqlandıran məsələ keçən il təqdim edilən "iPhone 16" modellərinin necə performans göstərəcəyi idi. Məlum olduğu kimi, seriyaya daxil olan standart və Pro modellərinin bir neçə ildir ki, müxtəlif prosessorlarla işləməsi ciddi performans fərqləri ilə bağlı suallar doğurub.
İndex.az xəbər verir ki, "AnTuTu" tərəfindən paylaşılan son siyahıya görə, noyabr ayının ən sürətli "Apple" məhsulu 2 milyon 523 min 458 xalla "iPad Pro 13" 2024 siyahıda ikinci yerdədir. Planşetin balı 2 milyon 523 min 198-dir.
Hazırda brendin ən sürətli smartfonu "iPhone 16 Pro"dur. Ümumilikdə 1 milyon 705 min 33 xal toplayan modeli 1 milyon 701 min 307 xalla "iPhone 16 Pro Max" izləyir.

