"Apple" şirkəti istifadəçilərinə mühüm xəbərdarlıq edib.

İndex.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yerləşən "Apple” texnologiya şirkəti iPhone, iPad və Mac kompüterləri üçün ciddi xəbərdarlıq edib.

iPhone 6S və sonrakı modellərin, iPad-in 5-ci nəsilindən sonra bütün modellərin, iPad Pro modellərinin və iPad Air 2 modellərinin hücumlara məruz qaldığını bildirən şirkət istifadəçilərdən cihazlarını yeniləməyi və ən son versiyadan istifadə etmələrini istəyib.

Açıqlamada cihazlara nəzarətin tamamilə təcavüzkarların əlinə keçə biləcəyi bildirilib.