Bir sıra problemlərə görə mühüm layihələri ləğv etmək məcburiyyətində qalan "Apple"da işlər qaydasında deyil.

İndex.az xəbər verir ki, "Apple"in Kaliforniya rəhbərliyinə təqdim etdiyi hesabata görə, Santa Klaradakı ofis işilərinin 58%i ixtisar olunacaq.

Bu ofis "Apple"in 2014-cü ildə aldığı və 1000 nəfər işçinin çalışdığı "LuxVue" şirkətinə məxsus idi.

"Apple"in "Watch Ultra" üçün microLED displeyinin ləğv etməsi ən çox bu ofisə təsir etdi.

Digər tərəfdən, "Siri" köməkçisinin istifadəçiyə cavab vermə üsulunu təkmilləşdirmək üçün San Dieqo ofisində çalışan 120 mühəndisin də işdən çıxarılacağı bildirildi.

Apple bunu tələb edən mühəndisləri Texasdakı ofislərinə köçürəcəyinə söz verib.

Lakin bunu istəməyən işçilərə kompensasiya paketi təklif olunacaq.

Beləliklə, "Apple" ümumilikdə 700 nəfəri işdən çıxaracaq.