"Apple" qarşıdan gələn "iOS 18" əməliyyat sistemində süni intellektə diqqət yetirəcək.
İndex.az xəbər verir ki, yeni hesabatda şirkətin "OpenAI" ilə süni intellektlə bağlı razılığa gəldiyi məlum olub.
"Apple"in "iOS 18"də GPT texnologiyasından istifadə etmək üçün "OpenAI" ilə danışıqlar apardığı barədə çoxlu şayiələr yayılmışdı.
İndi isə məsələ artıq böyük ölçüdə dəqiqləşib.
Belə ki, "The Information" "OpenAI"nin baş direktoru Sam Altmana istinadən yayımladığı hesabatda danışıqların 2023-cü ilin ortalarından bəri davam etdiyini qeyd edib.
