"Apple" 2027-ci ilə qədər "iPhone" istehsalının yarısını Hindistana köçürməyə planlaşdırdığı bir vaxtda Hindistandakı istehsalda yaranan problemlərin ardı-arası kəsilmir.

İndex.az xəbər verir ki, Hindistanda istehsal edilən hər iki "iPhone" qutusundan birinin nasaz olduğu aşkarlanıb.

Belə ki, "Tata Group" tərəfindən idarə olunan Hindistan fabrikinin digər "Apple" iş ortağı "Foxconn"a montaj üçün göndərdiyi "iPhone" qutularının yalnız 50 faizi qaydasındadır.

Yəni bu fabrikdə istehsal olunan hər iki "iPhone" qutusundan biri "Apple"ın keyfiyyət tələblərinə cavab vermir.

Hindistanda istehsalın genişləndirilməsi prosesinin logistika, tarif və infrastruktur problemlərinə görə də ləng getdiyi bildirilir.