ABŞ-ın texnologiya nəhəngi "Apple" "iPhone" istehsal strategiyası ilə bağlı əhəmiyyətli dönüş nöqtəsindədir.
İndex.az xəbər verir ki, uzun illərdir ki, smartfonlarını Çindəki "Foxconn" müəssisələrində istehsal edən şirkət, son tarif artımları və Donald Trampın tələbləri kimi amillərə görə istehsalı Çindən kənara çıxarmağı düşünür.
"Apple" bu addımı Hindistana atmaq üçün illərdir çalışır. Son məlumatlara görə, şirkət sentyabr ayında satışa çıxarılacaq "iPhone 17" seriyası üçün Hindistandakı "Foxconn" şirkətləri ilə razılığa gəlib. Əslində, yeni telefonlar üçün istehsal sınaqlarının artıq başladığı bildirilir.
