"Apple" 9 Sentyabrda 'Glowtime' dəvəti ilə keçiriləcək tədbirdə "iPhone 16" seriasını təqdim edəcək.
İndex.az xəbər verir ki, "iPhone 16" seriyasında "Pro" modellərində daha böyük displeylər və fotoşəkil çəkməyə həsr olunmuş yeni düymənin olması gözlənilir.
Tədbirdə daha böyük ekrana və cihazı daha güclü edəcək yeni çipə sahib olacağı deyilən "Apple Watch 10 Series" təqdim ediləcək.
Telefonların bu ilin əvvəlində elan edilən "Apple Intelligence" adlı süni intellekt xüsusiyyətlərini dəstəkləyəcəyi gözlənilir.
