AMD-nin yeni "Radeon" qrafik yazılımlarının problemli olduğu ortaya çıxdı.
İndex.az xəbər verir ki, dünən "Radeon RX 6000" və "Radeon RX 7000 GPU" ailəsi üçün yeniləmələr təklif edən "AMD Adrenalin"in 23.2.1 versiyaları buraxıldıqdan sonra, "Windows" kompüterlərinin sıradan çıxması və yükləmə problemləri ilə bağlı çoxlu şikayətlər var.
Bununla bağlı sosial media platformalarında AMD-yə reaksiyalar yağdı.
AMD-nin saytında verilən açıqlamada bildirildi ki, yazılımlar yalnız bir neçə oyunda problem yaradıb və ciddi "Windows" problemlərindən bəhs edilmir.
