Robert Holzmann 50 baza bəndi artımın lazım olduğunu bildirib.
İndex.az xəbər verir ki, “Avropa Mərkəzi Bankı”nın (AMB) İdarə Heyətinin üzvü və “Avstriya Mərkəzi Bankı”nın sədri Robert Holzmann “Handelsblatt” qəzetinə verdiyi açıqlamada, yüksək inflyasiya səbəbindən iyul ayına qədər hər iclasda 50 baza bəndi artımın olmasının lazım olduğunu bildirib.
Holzmann açıqlamada baza inflyasiyanın aylardır yüksək səviyyədə olduğunu və ilin ilk yarısında zəifləməyəcəyini bildirib.
Pul bazarlarında AMB-nin depozit faizini 4,05% səviyyəsinə qaldıracağı, gələn həftə isə 50 baza bəndi artıracağı gözlənilir.
AMB-nin baş iqtisadçısı Filip Leyn də bu gün səhər saatlarında bankın gələn həftə keçiriləcək iclasdan sonra uçot dərəcələrini artırmağa davam etməli olduğunu söylədi.
