“Avropa Mərkəzi Bankı”nın açıqladığı aylıq sorğuda istehlakçı inflyasiyası ilə bağlı gözləntilər yanvar ayında azalıb.
İndex.az xəbər verir ki, bankın aylıq hesabatında dekabrda 3% olan 3 illik inflyasiya gözləntisi yanvarda 2,5%-ə, 12 aylıq inflyasiya gözləntisi isə 5%-dən 4,9%-ə enib.
Sorğu bankın borclanma xərclərini yenidən artırmağa hazırlaşdığı gələn həftə keçiriləcək iclasdan bir qədər əvvələ təsadüf edir. Bölgədə baza inflyasiyası fevral ayında rekord qırdı və bu, sərtləşdirmənin davam edəcəyinə dair gözləntiləri artırdı.
Eyni sorğuda 12 aylıq artım gözləntiləri mənfi 1,5%-dən mənfi 1,2%-ə yüksəlib. İşsizlik proqnozu isə 11,9%-dən 11,6%-ə düşüb.
