Ölkədə QR ödənişlərinin tətbiqində yeni mərhələ başlayıb.

İndex.az xəbər verir ki, IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Məhsul İnkişafı Departamentinin baş mütəxəssisi Emil Ağcayev deyib.

Emil Ağcayev əlavə edib ki, vahid QR standartına keçid həm şəffaflığı artıracaq, həm də rəqəmsal ödənişlərin payını yüksəldərək satışların artmasına müsbət təsir göstərəcək.