"Amazon" da Türkiyəyə yardım edən şirkətlərin sırasına qoşulub.
İndex.az xəbər verir ki, "Amazon" Ticarət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində başlanmış Zəlzələyə Yardım Kampaniyasında iştirak edib.
Şirkət saytında siyahı tərtib edərək "Bu siyahıdan alacağınız məhsullar AFAD-ın koordinasiyası ilə zəlzələ bölgəsində ehtiyacı olanlara çatdırılacaq"-deyə qeyd edib.
Siyahıda ərzaq, palto, çəkmə, poverbank, corab, qızdırıcı kimi münasib qiymətə məhsullar var.
Bu siyahıdan aldığınız məhsullardan komissiya tutulmayacaq və əlavə gəlir əldə edilməyəcək. Məhsullar birbaşa zəlzələ zonasına çatdırılaraq ehtiyacı olanlara paylanacaq.
