ABŞ-ın e-ticarət nəhəngi "Amazon"un satışları 2022-ci ilin son rübündə bazar gözləntilərini üstələyib.

İndex.az xəbər verir ki, şirkətin verdiyi açıqlamaya görə, "Amazon"un 2022-ci ilin 4-cü rübündəki gəliri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9% artaraq, 145,4 milyard dollarlıq bazar gözləntilərini üstələyib və 149,2 milyard dollara çatıb. Qeyd edək ki, "Amazon"un 2021-ci ilin son rübündəki satışları 137,4 milyard dollar təşkil etmişdi.

"Amazon"un satışları 2021-ci il ilə müqayisədə 9% artaraq 2022-ci ildə 514 milyard dollara yüksəlib. Firmanın 2021-ci ildə satışları 469,8 milyard dollar olub.

Elektron ticarət nəhəngi 2022-ci ildə 2,7 milyard dollarlıq zərəri olduğunu da açıqlayıb.